понедельник, 6 мая 2013 г.

Sevən beyindir, yoxsa ürək?

O gün bir fikir gəlib ağlıma. İstədim sizlərlə də paylaşım. Sevən insanın həmişə ağlı ilə ürəyi arasında mübarizə gedir. Bir kərə olsun sevən bu mübarizədə ağlın nə qədər aciz qaldığına dəfələrlə şahid olub. Çox nadir hallarda ağıl qalib gəldiyində isə qalib gəldiyinə sanki peşman olur. Ürəyin nələr çəkdiyini, vücudun nə hallar keçirdiyini gördükcə qalib gəldiyi üçün vicdan əzabı çəkir ağıl. İndi bu məsələ ilə bağlı məni bir sual maraqlandırır. Ürək köçürməsi bizim zəmanədə çox yayılmış əməliyyatlardan biri hesab olunur. İndi düşünün ki, dəlicəsinə sevən birinin ürəyini başqa bir insana köçürürlər. Əgər insanın sevməyində əsas rolu ürək oynayırsa deməli heç kəsi sevməyən bir insana sevən ürək köçürsələr o da hökmən dəlicəsinə vurulmalıdır? Yox, insanı beyin idarə edirsə bəs niyə o zaman sevmək qabiliyyətini məhz ürəyə aid edirlər?