Mən bu qədər kiçik olmamışdım heç,
Zərrə də yanımda nəhəng görünür.
Məni görməzdən gəl, yanımdan öt keç,
Eşitmə ki, qəlbim necə döyünür.
Bir kiçik varlığın yaşamasında
Kainat bir məna görməyir məncə.
Sevginin, nifrətin tən ortasında
Ümidlə yaşayır sakit, səssizcə.
Mən bu qədər tənha olmamışdım heç,
Yoldaşım özüməm, sirdaşım özüm.
Sən niyə rast gəldin mənə belə gec,
Bundan sonra varmı bizə bir çözüm?
Комментариев нет:
Отправить комментарий