суббота, 28 сентября 2013 г.

Sənsən gərəyim

Qaynar bir səhraya bənzəyirəm mən,
Bir udumluq suya həsrət qoymusan.
Dəniz sularıtək ləpələnirəm,
Mən yaxın durduqca uzaqlaşırsan

İnsaf et! Sən qıyma sadiq quluna,
Gözlərində mənə məhəbbət olsun.
Mən sənin yolunda qurban gedərəm,
Soyuqluq yerinə hərarət dolsun.

Soyuq bir bulağa bənzəyirəm mən,
Suyumdan içməmiş yan ötüb keçmə.
Mən sənin eşqinlə qürrələnirəm,
İnan başqa deyil gərəyim heç nə...