
Tənhalıq bağrına basaydı səni,
Gözün mənim təki yolda qalaydı.
Səni bircə anda əzib keçənin
Sevən ürəyinə alov salaydı...
Səni sevməyənə bağlanardın kaş,
Dəyər verməyənə bel bağlayardın.
Bir gözündə sevinc, digərində yaş,
Ölənətək ona yas saxlayardın...
O zaman bilərdin nə çəkdiyimi,
Ümidlər əkərək, hirs biçdiyimi.
Daş basdın qəlbimə sənin yerinə,
İnsan dəyər verər onu sevənə...
Комментариев нет:
Отправить комментарий