Mən sabahın xeyir deyəcəm sənə,
Günün necə keçdi, işlərin necə?
Səhərədək səni gözləyib durdum,
Gözümü qırpmadan inan bir gecə.
Xoş səhər yeməyi hazırlayaraq,
Bir həzin musiqi oxuyub durdum.
Bağçadan ətirli çiçək dərərək,
Kiçicik güldana su töküb qoydum.
Sənilə başlasın qoy hər sabahım,
Ay mənim, günahsız təmiz günahım.
Günün necə keçdi, işlərin necə?
Səhərədək səni gözləyib durdum,
Gözümü qırpmadan inan bir gecə.
Xoş səhər yeməyi hazırlayaraq,
Bir həzin musiqi oxuyub durdum.
Bağçadan ətirli çiçək dərərək,
Kiçicik güldana su töküb qoydum.
Sənilə başlasın qoy hər sabahım,
Ay mənim, günahsız təmiz günahım.