среда, 26 августа 2015 г.

Görən nədən

Картинки по запросу пасмурная погода в городеYaman darıxdırır bu hava məni,
Həsrət sinib yenə damarlarıma.
Bayaqdan soruram dənizə səni,
Səmada uçuşan ağ qumrulara.

Heç kəs cavabını bilməyən sual
Ruhuma, ağlıma rahatlıq vermir.
Özüm qədər dəyər verdiyim insan
Görən nədən artıq heç məni sevmir...