Mənim həyatımda, mənim könlümdə.
Bütün varlıqlardan əzizdir Anam,
Onsuz istəmərəm qalım bir gündə.
Anamın sevgisi bir təmiz büllur,
Onun məhəbbəti təmənnasızdır.
Bala boy atdıqca analar solur,
Yaş işini görür, il amansızdır.
Mənim çiçək Anam, qurbanam sənə
Yüz nəğmə söylərəm, layiqsən minə.
Mən üçün əvəzsiz bir insansan ki,
Yolunda ölərəm mən gülə-gülə.
Комментариев нет:
Отправить комментарий