среда, 18 апреля 2012 г.

BU DÜNYANI NAĞIL BİLƏK

Ətrafımda olan gənclərin 90% daima darıxdıqlarından şikayət edirlər. Düşünürəm ki, buna əsas səbəb həyatlarının rəngsiz olmasıdır, buna isə səbəbkar, təbii ki elə həmin gənclərin özləridir. Sosial və siyasi aktivliyi qoyaq bir kənara, gənclərimiz gündəlik həyatlarına belə rəng  qata bilmirlər. Heç bir səbəb olmadan sevdiyinə çiçək alan neçə gənc tanıyırsnız? Tanışlarınızın arasında güclü yağış yağarkən qaçıb gizlənmək əvəzinə həzin musiqi altında rəqs edən tapılarmı? Bir oğlana bir tək gözəl şerlər yazdığı üçün aşiq olan nə çox qız tapmaq olar, görəsən?
Hər şey saxtalaşıb, adiləşib, cılızlaşıb. Oysa ki, bunlardır həyatımızı nağıla çevirən. Etdiyimiz hər hərəkəti ölçüb-biçmək əvəzinə, qəlbimizin səsinə qulaq verək. Bir insanı tənqid etməzdən öncə yaxşıca düşünək. Bir sevgini rədd etmədən əvvəl, gözlərinin içinə baxaq. Bu dünyanı nağıl bilək, nə etsək qəlbdən edək...

Комментариев нет:

Отправить комментарий