суббота, 14 апреля 2012 г.

PEŞMAN OLMUŞAM



Yelkənsiz gəmitək sənsiz qalmışam
Sanki çiçək idim, susuz qalmışam
Bax məni tərk edib getdiyin gündən
Səni sevdiyimə peşman olmuşam.

Bir vaxt xoşbəxt idim mən hər bir kəsdən,
İndi qorxacağam qəfləti səsdən.
Uzaq gəz dedilər sevdiyin kəsdən
Dinlmədiyimçün peşman olmuşam.

Mən yanar ocaqdım, külə dönmüşəm.
Dərin bir dəryaydım, şehə dönmüşəm.
Bu sevgi yolunda bir gül dərsəm də,
Min dəfə tikanlı kol-kos görmüşəm.

İgidlik bir dəfə ölmək ki deyil,
Eşqini hər kəsə bildirmək deyil,
Bir kərə canından keçmək ki deyil
Mən sənin uğrunda hər gün ölmüşəm!!!

Комментариев нет:

Отправить комментарий