пятница, 13 апреля 2012 г.

SƏNSİZ


 
Bir bilsən nə qədər qəribdir mənə,
Bu evlər, bu yollar, bu həyat sənsiz.
Sanki mən deyiləm, ruhum dolaşır
Bu sakit axşamda səssiz-səmirsiz.

Yarpağı tökülmüş bir ağacam mən,
Nə çiçəyim açar, nə barım olar.
Yağışı qurtarmış bir buludam mən
Söylə, sənsiz nəyin bir mənası var?

Söndürlən ocağın bir külüyəm mən
Qoy küləklər məni göyə sovursun.
Ayırma gəl məni məhəbbətindəm
Məhəbbətin məni hər an qorusun.

Комментариев нет:

Отправить комментарий