понедельник, 21 мая 2012 г.

BİR BAŞQA DÜNYA..


Səni anlamaqda zorluq çəkirəm,
Hər gün dəyişirsən çılğın küləktək!
Mən sənə zirvədə bir yer verirəm,
Sənsə sürünürsən yerdə ilantək.

Səni üzüyümün qaşı etmişəm,
Orda parılda ki, gözlər qamaşsın.
Sənin pisini də yaxşı etmişəm,
Təki ürəyinə ruhum yol açsın.

Bir başqa dünyanın sakini etdim,
Ürəyimdə yerin bir başqa oldu.
Min gülün içindən bir səni seçdim
Heyif, başqasının qisməti oldun.

2 комментария:

  1. uzuk qawi kimi parildamagn deyerini bilmeyenler yerde ilan tek surunmeye layiqdirler...

    ОтветитьУдалить
  2. Те кто рождены ползать, не умеют летать...

    ОтветитьУдалить