вторник, 5 июня 2012 г.

BUNA DA ŞÜKÜR

Bu gün bir daha onun şahidi oldum ki, əgər həvəslə girişdiyin işin alınmırsa və bu ağlasığmaz səbəblər üzündən olursa, deməli hansısa güvvələr buna yol vermir. Xəyalımın şəhərini görmək ürəyimdə arzu olaraq qalacaqmı? Bəzən bir məsələ uzun müddət xırda, amma həlledici səbəblər üzündən alınmayanda düzü özüm də çəkinməyə başlayıram. İndi bunun adını daxili intuisiyamı, qorxaqlıqmı qoyun. Adını nə qoyursunuz qoyun. Amma bir iş alınmalıdırsa Yer üzünün bütün güvvələri buna səfərbər olur, alınmamalıdırsa "Buna da şükür" deyib keçmək lazımdır. Mən bunu bacarmıram...

Комментариев нет:

Отправить комментарий