Sərhədsiz insanlar cəlb edir məni,
Sərhədi olmayan okean kimi,
Sən də sərhəd qoyma öz hisslərinə,
Sən dəlicəsinə sev, oxşa məni.
Sərhədi olmasın qoy ölkələrin,
Sərhəd tanımasın dostluq, yoldaşlıq.
Son qoyun kökünə hirsin, öfkənin,
Qoy sərhədsiz olsun əsl qardaşlıq.Mən də sərhədləri aşaraq gəldim,
Səninlə bir isti yuva qurmaq üçün.
Qüruru, kibiri yıxaraq gəldm,
Ruhuma, canıma qovuşmaq üçün.
Arada sərhədi qaldırmaq üçün.
Комментариев нет:
Отправить комментарий