
Eşqim ona halal olsun,
Buna haqqı olmasa da.
Nə deyim ki, xoşbəxt olsun,
Mənlə məsud olmasa da.
Həyatında biri olsun,
Onu məntək sevməsə də.
Qoy gözləri nurla dolsun,
Məni eşqi kor etsə də.
Mən xoşbəxtlik diləyirəm,
Ona hər an, hər dəqiqə.
Həsrətini bəsləyirəm
Qəmlə çırpan ürəyimdə.
Комментариев нет:
Отправить комментарий