Bir Başqa Dünyanın sakiniyəm mən,
Nə yaxşı ki, bu cür gəldim dünyaya.
Bildiyimtək yozdum hər bir röyanı.
Başqa Dünya qurdum saxta dünyada,
Şirinə döndərdim acı hülyanı.
Arzuyla, ümidlə yaşayıram mən
Hədəfim fərqlidir başqalarından.
Sevgimə azadlıq verənlərdənəm,
Quştək səmalarda pərvaz eyləsin.
Sevdimmi dəlicə sevənlərdənəm,
Çətin kimsə mənə naz-qəmzə etsin.
Ürəyi fəth etmək bir içimlik su,
Asandan asandır inanın mənə.
Sadəcə gərəkdir saf, təmiz duyğu,
Damla-damla dolsun sevən ürəyə.
Bildiyimtək yozdum hər bir röyanı.
Başqa Dünya qurdum saxta dünyada,
Şirinə döndərdim acı hülyanı.
Комментариев нет:
Отправить комментарий