Həyatda hər bir kəsin ara-sıra peşmançılıq hissləri keçirdiryi anlar olur. Bu peşmançılıq hissi zaman-zaman vicdan əzabı çəkdirir insana. Təəssüf ki, kimsə bu hissləri keçirmədim deyə bilməz. Hətta ən vicdansız insan belə öz daxili aləminə qapandıqda bu hisslərlə üz-üzə durur. Mən də ara-sıra bu hisslərə qapılıram və bu hisslərdən geriyə dönüş olmadığını bilə-bilə özüm özümə əzab verirəm, düşünürəm, ağlayıram, amma yenə də özümü bağışlaya bilmirəm.
Çəkdiyim ən böyük peşmançılıq hissi həyatımda ən vacib olan insana öz sevgimi göstərə bilmədiyim üçündür. Bu insanı dünyalar qədər sevdiyim halda bir kərə olsun onun boynuna sarılıb "Səni çox-çox, lap çox sevirəm" demədim. Onun bizimlə rəsmi, məsafəli davrandığını görüncə bu cür hərəkətlərin yersiz olduğunu düşünürdüm. Onu sadəcə ezamiyyətdən qayıtdıqda öpə biləcəyimi düşünürdüm.
İllər keçdi, yaşa doldum. Anladım ki, hər bir insanın sevib-sevilməyə ehtiyacı var. Sadəc sevilmək deyil, eyni zamanda sevildiyin insanın bu sevgini mütləq bildirməsi çox vacibdir. Sevdiyiniz insana "səni sevirəm", "nə yaxşı ki, həyatımda varsan" deyib sarılın. Sonra gec ola bilər. Mən bunları etmədiyim üçün peşimanam.
Səni çox istəyirəm, ATA. Bir bilsən yerini necə hiss edirəm, sənə necə ehtiyacım var. Səni çox istəyirəm deməkdə gecikdim...Bağışla məni..bağışla.
http://www.youtube.com/watch?v=_Xmg8bBlrlI

Комментариев нет:
Отправить комментарий