понедельник, 4 июня 2012 г.

Məncə, biz DOST qalmalıyıq...

"Məncə biz səninlə ən azı DOST qalmalıyıq" ifadəsinini həmişə istehzalı təbəssüm ilə qarşılayırdım. Lakin dərindən düşünsək dərin bir məna taparıq bu cümlədə. Biri birini dəlicə sevən iki insandan da gözəl DOST tapıla bilər, məgər? Çətin tapılsın. Dost dostunu hər çür qəbul etməlidir, necə deyər əyrisiylə doğrusuyla. Sizi sevən kəsdən daha yaxşı anlayan ikinci kəs kim ola bilər? Kim yanlış olduğunuzu bilə-bilə sevməyə davam  edər? Kim dərdinizə həmişə dava tapmaqdan yorulmaz? Kim yarıyolda buraxıb getməz? Sizi SEVƏN kəs. Deməli, elə əsl DOST sizi ürəkdən sevən kəslərdir. Tale həmin şəxslə bir yerdə olmağınıza razı olmasa belə, DOST kimi əldən verməyin onları. 
"Məncə biz səninlə ən azı DOST qalmalıyıq" təklifinə "Məncə də" söyləyin, məncə...

2 комментария:

  1. he? mence de:)en azindan kimin ucunse deyerli oldugunu bilirsen...

    ОтветитьУдалить
  2. Severek dost qalmaq huner isteyir. Severek onun bashqasina mexsus oldugunu gormek ve bunu sebrle qarshilamaq uchun ne lazimdir goresen: alicenabliq yoxsa sebr?

    ОтветитьУдалить