Sən də özünə bir səhifə yarat,
Qəlbindəki vulkan alov püskürsün.
Qaysaqlı yaranı qorxmadan qopart,
Fikirlər qartaltək göylərdə süzsün.
Sənin hər şerindən ilham aldım mən,
Qoy sevgi sözlərin sarsın dünyanı,
Kimsə oxuduqca şerlərindən,
Gərçəyə çevirsin şirin hülyanı.
Nə olar ki susma, qələmə söz ver
Qoy gizli qalmasın gözəl nəğmələr,
Ürəyindən gələn səsinə səs ver,
Oxuduqca xoşbəxt olsun sevənlər.
Комментариев нет:
Отправить комментарий