суббота, 9 июня 2012 г.

HƏYAT YOLDAŞIM

Özüm öz gözümdə ucalıram mən,
Vurğun olduğunu mənə görüncə.
Kor olur sevənin gözləri məgər,
Həyat yoldaşını bu cür sevincə.

Sənin məhəbbətin gürur mənbəyim,
Üzündə gül açır  mənə baxdıqca.
Nə olar həmişə belə sev məni,
İllər ötüb keçsə, mən yaşlandıqca.

Əl üstə gəzdirdin həmişə məni,
Bəzən anlamadım, görməzdən gəldim.
Aradan qaldırdın soyuq çəpəri,
Məni sevmən üçün yanına gəldim.

Həyat mürəkkəbdir, yoldaşlıq çətin,
Həmişə arxanda duran bir dağam.
Məndən əksik etmə eşqn, diqqətin
Bu yolda səninlə sonadək varam.

http://www.youtube.com/watch?v=aeclxKQ6vos&feature=related

Комментариев нет:

Отправить комментарий