суббота, 9 июня 2012 г.

ADİ YAŞANTIMA QAYITMAM GƏRƏK


Dəniz sahilində oturub  bu gün
Sevdiyim haqqında şer yazacağam.
Qəlbimin evindən edərək sürgün,
Sevgi dəftərini qapatacağam.


Adi yaşantıma qayıtmam gərək,
Hissləri ağılla cilovlayaram.
Ağlım üzərimdə sanki dəyənək,
Çətin ki, onunla mən dil taparam.


Özüm öz düşmanım olmamaq üçün,
Yeni bir həyata başlayacağam.
Ağıl ilə hissin bir olsa gücü,
Sənli dəftərimi qapatacağam.



Комментариев нет:

Отправить комментарий