Hər bir nəfəs alan, diri deyildir,
O gününü günə calayır, inan.
Əgər gələcəyə ümid etmirsə,
Deməli ölüdür, yaşamır insan.
Qoy, zülmət zindandan çıxa bilməsin,
Gün işığını qəfəsdən seyr etsin.
Yenə də qəlbində ümid var onun,
Gözəl bir diyarda görür öz sonun.
"Ümidsiz xəstəsən"- dedilər ona,
Daha arzulara nə gərək vardır?
Lap bir dəqiqə də qalsa sonuna,
Ümidlə duasın oxuyacaqdır.
"Sevdiyin qismətin olmayacaqdır,
Ümidini kəssən yaxşı edərsən-
Dedilər, yenə də inanır insan,
Əziyyətə qatlaşır sevgi üçün hər an.
Bir qadına "körpən olmayacaqdır,
Bir bu qədər dərman, müalicə yetməz"?
Gözü yaşla dolub, boşalacaqdır
Deyəcək "allahdan ümid kəsilməz"!
Mən də ümid etdim xoş gələcəyə,
Vətənim yenidən tam olacaqdır!
Şuşa dağlarından baxıb Gəncəyə
Ürəyim fərəhlə çırpınacaqdır!
Qəlbim bu ümidlə yaşayacaqdır!
Комментариев нет:
Отправить комментарий