четверг, 7 июня 2012 г.

ZAMANSIZ SEVGİ

Taleyin oyunu oldu amansız,
Bu qədərinə mən dözü bilmərəm.
Məncə ayrıldıq biz sənlə zamansız,
Bir də kimi bu cür sevə bilərəm?

Tanrım sevmək üçün zaman ayırmaz,
Od, alov içində qovrulacağam.
Ayrılıq gözümün yaşına baxmaz,
Yardan sevə-sevə ayrılacağam.

Tabe olmaqdırmı yeganə çarə?
Həsrətlə yaşamaq mənim üçün deyil!
İnan, yetər mənə sadə işarə,
Sənsiz yaşam mənə yaşamaq deyil!


Комментариев нет:

Отправить комментарий