четверг, 7 июня 2012 г.

AZAD OLMAQ İSTƏYİRƏM

Azad olmaq istəyirəm,
Dağda süzən qartal kimi.
Azad olmaq istəyirəm,
Neydən çıxan mahnı kimi.

Azad olmaq istəyirəm,
Qoy, tapmasın məni ölüm.
Azad olmaq istəyirəm,
Zəif qalsın savaş, zülüm.

Azad olmaq istəyirəm,
Fırtınalı dəniz kimi.
Azad olmaq istəyirəm,
Qurtulmuş bir kəniz kimi.

Azadlığa can atıram,
Yaralı bir aslan kimi.
Öləndə də azad ölüm,
Əsl azad insan kimi!!!

Комментариев нет:

Отправить комментарий