суббота, 7 июля 2012 г.

AYRILIQ

Sən məni hələ çox axtaracaqsan,
Həyatın rəngini itirəcəkdir.
Ən doğma insanı itirən andan,
Həyat sərt üzünü göstərəcəkdir.

Bizim dost itirən vaxtımız deyil,
Ruh ekizin oldum illər uzunu.
Səndən ayrılmağım səbəbsiz deyil,
Sən özündə axtar bunun suçunu.

Mən dostun olmağa razı olsam da,
Sən göylə əlləşdin, yerlə vuruşdun.
Sən əlini üzüb məndən qopsan da,
Yenə özgələrdən məni soruşdun.
Özün də bilmədən yanıb tutuşdun.

Комментариев нет:

Отправить комментарий