Susaraq sevənin cəzası vardır.
Yandırıb yaxarsan özün-özünü,
Onsuz dünya sənə qəfəsdək dardır.
Fikrində də odur, qəlbində də o,
Bəs niyə açmırsan ürəyindəkin,
Sevincin də odur, kədərin də o,
Saxlama yarına ürəyində kin.
Qarşılıqlı sevgi olsun qismətin,
Qoyma son sözlərin qalsın sabaha.
Saf olsa ürəyin, paksa niyyətin,
Rədd ol deyəcəksən qorxaq tamaha,
Qoyma son sözlərin qalsın sabaha.
Yandırıb yaxarsan özün-özünü,
Onsuz dünya sənə qəfəsdək dardır.
Fikrində də odur, qəlbində də o,
Bəs niyə açmırsan ürəyindəkin,
Sevincin də odur, kədərin də o,
Saxlama yarına ürəyində kin.
Qarşılıqlı sevgi olsun qismətin,
Qoyma son sözlərin qalsın sabaha.
Saf olsa ürəyin, paksa niyyətin,
Rədd ol deyəcəksən qorxaq tamaha,
Qoyma son sözlərin qalsın sabaha.
Комментариев нет:
Отправить комментарий