Gecə səssizliyi çöküb otağa,
Həzin musiqinin səsini artır.
Astaca laptopu qoy bir qırağa,
Çıx eyvana, boylan, bax Bakı yatır.
Səssizlik hökm sürsün doğma şəhərdə,
Sən də səssizliyə bir az qulaq ver .
Ürəyin çırpınsa acı qəhərdə,
Götür qələminlə şerə söz ver.
Qafiyəyə sığdır cümlələrini,
Bakı gecələri ilhamın olsun.
Canlandır hər sözlə çəkdiklərini,
Kədərdən mürəkkəb donub qurusun.
Gecə ağuşuna səni alaraq,
Yarın xəyalı ilə ovudacaqdır.
Həzin musiqinin zərif notları
Səni qanadında uçuracaqdır.
Sabaha az qalıb, Bakı oyanır.
Kağızda bir sətir yazılıb ancaq.
"Ürəyim sıxılır, nəbzim dayanır,
Bax bu da son mənzil, son dayanacaq".
Həzin musiqinin səsini artır.
Astaca laptopu qoy bir qırağa,
Çıx eyvana, boylan, bax Bakı yatır.
Səssizlik hökm sürsün doğma şəhərdə,
Sən də səssizliyə bir az qulaq ver .
Ürəyin çırpınsa acı qəhərdə,
Götür qələminlə şerə söz ver.
Qafiyəyə sığdır cümlələrini,
Bakı gecələri ilhamın olsun.
Canlandır hər sözlə çəkdiklərini,
Kədərdən mürəkkəb donub qurusun.
Gecə ağuşuna səni alaraq,
Yarın xəyalı ilə ovudacaqdır.
Həzin musiqinin zərif notları
Səni qanadında uçuracaqdır.
Sabaha az qalıb, Bakı oyanır.
Kağızda bir sətir yazılıb ancaq.
"Ürəyim sıxılır, nəbzim dayanır,
Bax bu da son mənzil, son dayanacaq".
Комментариев нет:
Отправить комментарий