Gözlərim yol çəkir, görəsən niyə?
Kimi gözləyirəm mən bütün günü?
Dörd yanı qapadıb dəmir haşiyə,
Ürəyim olubdur kədər sürgünü.
Bu sürgün nə zaman sona bitəcək,
Nə vaxt əyiləcək dəmir çərçivə?
Ürəyim göylərdə pərvaz edəcək,
Hamıdan xoşbəxtəm, azadam deyə.
Mən rədd edəcəyəm kiçik qəlibi,
Dəmir barmaqlıqlar mənim üçün deyil.
Hamı düşünəcək bu qız dəlimi,
Niyə asiliyə eyləyir meyil?
Azadlıq vurğunu, aşiqiyəm mən.
Əllərim qandala sığmayır, sığmaz.
Qızıldan qəfəsə salsalar məni,
Qəlbim şer yazıb, nəğmə oxumaz!
Kimi gözləyirəm mən bütün günü?
Dörd yanı qapadıb dəmir haşiyə,
Ürəyim olubdur kədər sürgünü.
Bu sürgün nə zaman sona bitəcək,
Nə vaxt əyiləcək dəmir çərçivə?
Ürəyim göylərdə pərvaz edəcək,
Hamıdan xoşbəxtəm, azadam deyə.
Mən rədd edəcəyəm kiçik qəlibi,
Dəmir barmaqlıqlar mənim üçün deyil.
Hamı düşünəcək bu qız dəlimi,
Niyə asiliyə eyləyir meyil?
Azadlıq vurğunu, aşiqiyəm mən.
Əllərim qandala sığmayır, sığmaz.
Qızıldan qəfəsə salsalar məni,
Qəlbim şer yazıb, nəğmə oxumaz!
Комментариев нет:
Отправить комментарий