
Səni sənsiz sevmək varkən, yolunu gözləmək niyə?
Çalışacam hər şey edim sən xoşbəxt olasan deyə.
Sən həsrət qalmısan orda, qovrulub yanırsan odda,
İki ürək bir olanda, tərs fırlanır dünya niyə?
Bağrını şişlə dağlayıb, əzab çəkdin nəyə görə?
Öz əlinlə qəbir qazdın xoşbəxt olan gələcəyə.
Gülümsəyib seyr elədim səndən həlvət sevə-sevə,
Sevdimsə də bildirmədim, dünya düz fırlansın deyə.
Комментариев нет:
Отправить комментарий