пятница, 27 июля 2012 г.

BOŞ HÜLYALAR

Yeni bir varlığa həyat verməyi
Nə yaman istəyir ürək, bir bilsən.
Mən sənə unutdum nifrət etməyi,
Kaş ki, sən də məni dəlitək sevsən.

Kaş ki, əvvəlkidək qayğısız olsam,
Buludlara baxıb xəyala dalsam.
Güclü qollarına sığınıb quştək,
Qayğısız, firavan, xoşbəxt yaşasam.

Ayıldım, röyalar boşa çıxıbdır.
Səbəbsiz hülyalar başımı qatıb.
Sənli xəyallarım yasa batıbdır,
Ürək bataqlığa tilovun atıb.



2 комментария: