пятница, 27 июля 2012 г.

GÖZÜMÜN NURU

Nə yaman yad olduq bir-birimizə,
Ürəklər də artıq birgə döyünmür.
Biz sadiq qalmadıq saf sevgimizə,
Bərabər gələcək bizə görünmür.

Məncə dərd etməyək biz bunu sənlə,
Gəl qismətə yozaq talehsizliyi.
Axı özün seçdin, gözümün nuru,
Vağzalı yerinə bu səssizliyi.

Xatırlama məni qəmlə, kədərlə,
Qoy, şən zarafatım yadında qalsın.
Sən ki doğulmadın dünyaya mənlə,
İstəməzdim gözün arxamca qalsın.

2 комментария: