Ona olan inam çoxdandan itib.
İstifadə etdi səxavətimdən,
Gül yerində indi tikan kol bitib.
Bəlkə də beləsi ən yaxşısıdır,
Unudacam onu zaman keçdikcə.
Əvvəl doğma idi, indi isə yaddır,
Gözümdə toz olur fikirləşdikcə.
Qəlbimə yeni bir ümid doğacaq,
Yenidən günəştək işıq saçacam.
Ona məhəbbətim gültək solunca,
Yeni məhəbbətə mən yol tapacam.
İstifadə etdi səxavətimdən,
Gül yerində indi tikan kol bitib.
Bəlkə də beləsi ən yaxşısıdır,
Unudacam onu zaman keçdikcə.
Əvvəl doğma idi, indi isə yaddır,
Gözümdə toz olur fikirləşdikcə.
Qəlbimə yeni bir ümid doğacaq,
Yenidən günəştək işıq saçacam.
Ona məhəbbətim gültək solunca,
Yeni məhəbbətə mən yol tapacam.

Комментариев нет:
Отправить комментарий