Hörmətli oxucum, icazənlə bloqumda bu möhtəşəm şəhərin mənə necə təəssürat bağışladığı haqda sənə məlumat verərdim. İlk öncə havadan başlayım.
Nyu Yorkun havası
Şəhərin hava limanına enəndə havanın hərarəti 33C idi. Mehmanxana nömrəsində adətimiz üzrə rəfiqəmlə elə yenicə istidən şikayət etməyə başlamışdıq ki, birdən birə göyün üzünü qara buludlar tutdu və 3-4 dəqiqə içində elə güclü leysan başladı ki, biz pəncərələri bağlamağa çatmadıq. Sayılı dəqiqələr ərzində pəncərənin önü gölməçə oldu. Ümumiyyətlə "crazy" sözünü Nyu Yorkun havasına şamil etmək olar, çünki şəhərdə gəzdiyimiz yerdə elə leysana düşürdük ki, alış veriş etdiyimiz kağız paketlər sudan əriyir, aldığımız əşyalar isə bir andaca yerə tökülürdülər. Bomj kimi əyilib yerdən əşyalarımızı toplamağımız qıraqdan acınacaqlı görünsə də biz özümüzü gülməkdən saxlaya bilmirdik)))
Nyu Yorkun sakinləri
Buranın adamları ürəyimizə yatdı.Birindən bir söz soruşmağa peşimansan ki, o biri tərəfdən biri tez yolu göstərir, digəri isə ötürməyə belə hazırdır. Metroda hamı bir-birinə gülümsəyir. Ümumuyyətlə, turistlərə qarşı çox diqqətli və həssas yanaşır Nyu York sakini.
Nyu Yorkun parkları
Nyu yorkun Mərkəzi parkında olduq. Bu parkın çəmənliyi bizm çəmənliklərimizdən fərqli olaraq çox aktiv istifadə olunur))) Hətta camaat uşağının doğum gününü belə çəmənlikdə oturaraq qeyd edir Amerikada. Daha bizim kimi 150 nəfərlik şadlıq sarayı bağlatdırmır bu günü qeyd etmək üçün ))) (özümə də aiddir)
Nyu Yorkun mətbəxi
Keçirdiyimiz 8 gün ərzində çeşid-çeşid restoran, kafelərə gedsək də ac qaldıq deyə bilərəm. Bu millətin səhər saat 7dən küçələrə tökülüşərk, bir əlində qəhvə dolu plastik fincan, digər əlində isə mənşəyi bilinməyən kekslə iti addımlarla işə getdiyini görəndə düşünürdüm: Görəsən bunların evində səhər yeməyə heç nə yoxdur ki, kafelərdə bu boyda növbə yaranır? Satılan yeməklərin hamısı dadsız idi. İstisna olaraq, Bakılı yəhudi olan Leva dayının Oazis restoranında yediyim qutab, mantı və kababı və Jaks restoranında yediyimiz mükəmməl çizkeykin adını çəkmək olar.
Nyu Yorkun həyat ritmi
Bu şəhərin dəli ritminə uymaq üçün biz də saat 6dan ayaq üstə olurdur. Özümüzdən asılı olmayraq bir yerə gedəndə qaça-qaça və ya iti addımlarla gedirdik. Bu arada "Torqovı" küçəsində bizim 22 sm hündürlüyü olan dikdaban geyinən qlamur xanımlarımız yadıma düşdü ))) Məncə onlar Nyu Yorka getməsinlər... Nyu York passivliyi sevmir
Nyu Yorkun nəqliyyatı
Şəhərin metrosundan 1 saat danışmaq olar.Çirk pas içində olan bu metrodan milyonlarla adam istifadə edir. Çox qqarışıq sistemi olan bu metro stansiyalarının sayına görə dünyada ən böyük metro sayılır. Yeri gəlmişlən "Ban Qok Hilton" filminə baxmısnızsa metro stannsiyaları həmin filmin həbsxansını xatırladır.
Taksi baha olsa da, boş taksi tapmaq, demək olar ki, çox çətin məsələdir Nyu Yorkda.
Nyu Yorkda muzikl
Dilini yetərncə yaxşı anlamadığım muziklə getməyimə heç peşiman deyiləm. Məşhur "Çikaqo" muziklinə baxdıqda orda nümayiş edilən rəqs, atyorluq məharəti heyran etdi məni. Hələ zalın aktyorları ncə aktiv alqışlamasını görmək ləzzət etdi mənə.
Ümumi təəssürat
Şəhər gözəl, modern, aktiv olsa da mən burda qalıb yaşamaq istəməzdim. Rus demişikən: Все таки у нас лучше )))
Комментариев нет:
Отправить комментарий