Mən artıq sənsizliklə barışdım. Bu barışığı elan etdikdən sonra hər şey yoluna düşməyə başladı. Ddinlədiyim musiqilərllə artıq səni xəyal etmirəm , poçt qutumda səndən gələ biləcək məktubu axtarmıram, axşamlar səndən zəng gələcək deyə telefon əlimdə dəli kimi dolaşmıram. Hmm... Dəli kimi. Heç ağlı başında olan insan durmadan köhnə xatirələri canlandıraraq ağlayarmı? Hamıdan təcrid olub qaranlıq otağa çəkilərmi? Sevdiiyi haqda bir kəlmə tərs söz deyən ən əziz adamına düşmən kimi baxarmı? Bu hallara düşdüyüm üçün səni artıq qınamıram. Çünki səssizzliklə və səssizliyi gətirən SƏNSİZliklə artıq barışmışam.
Комментариев нет:
Отправить комментарий