Ürəyimdə ancaq sənə yer olsun.
Görəsən nə idi, sevgilim dərdin?
Bəlkə mənə qarşı bir rəhmin olsun?
Ayrılacaqdıqsa bu istək nədən?
Sən niyə bağladın özünə məni?Mən sənə bir addım yaxınlaşdıqca,
Sən özündən uzaq tutardın məni.
İndi tükənmişəm, bitmişəm artıq.
Hisslərim ağlıma yalan danışır.
Bir vaxt naz edərdim, sevgilim sənə,
İndi naz eləmək sənə yaraşır.
Комментариев нет:
Отправить комментарий