среда, 15 августа 2012 г.

"SƏN" adlı roman

"SƏN" adlanan roman bitmək üzrədir,
Ürəyim ağrıdan sızlasa belə.
Hər nə elədimsə sənə görədir,
Etdim ki sevgimiz gəlməsin gözə.

"Sən " adlı romanı göməcəm bir gün,
Oxumaq istəsən tapmayacaqsan.
Səni ürəyimdən edəcəm sürgün,
Daha bir də məni satmayacaqsan.

"SƏN" adlı hər bir şey silinəcəkdir,
Qəlbim başqasını güclü sevəcək.
Özün də görəsən gün gələcəkdir,
"BİZ" adlanan nağıl sona yetəcək.

Комментариев нет:

Отправить комментарий