вторник, 14 августа 2012 г.

SƏNİN SONUN

Bir gün görəcəksən yoxam yanında,
Nə də məndən artıq bir xəbər gəlir.
Zəhərtək dolaşdım damarlarında,
Mənimçün burnunun ucu göynəyir.

Axtarasan məni başqalarında,
Suya şərab deyib sən içəcəksən.
Sonunda gül-çiçək dolu çəməndən
Bir ədəd bozarmış tikan seçəsən.

Nəfəsində mənəm, ürəyində mən,
Qələmin də mənəm, şerin də mən.
Nə olsun evində başqa xanım var,
Bilirəm qəlbinin xanımıyam mən.

Комментариев нет:

Отправить комментарий