среда, 24 октября 2012 г.

BİTMİŞ ÜMİDLƏR...

Saatın əqrəbi dönəcək geri,
Zaman durduracaq gedişatını.
Tapmaq çətin gəlir o köhnə məni,
Büsbütün dəyişdim öz həyatımı.

İnsanlara güvən, sevgiyə inam
Nağıllara sevgi yox olub getdi.
Sonu yaxşı bitən rəvayətlərə
Həvəsim qalmadı, ümidim bitdi.

Sevənlər ayrılır, kədərlənirsə
Həyat yoldaşları çıxıb gedirsə,
Analar övladın tərk eyləyirsə
Heç nəyə inamım qalmadı qalmaz,
Kimsə bu dünyada məni saxlamaz.

Комментариев нет:

Отправить комментарий