среда, 24 октября 2012 г.

DURDURUN ZAMANI

Durdurun zamanı, bitib gedəcək.
Puç olub gedəcək bu cavanlığım.
Gözlərimdə işvə şamtək sönəcək,
Həmişə öyünüb, ədalandığım.

Saçıma düşməsin qar dənələri,
Üzümü qırışdan torlar örtməsin.
İstəmərəm məni kim isə solğun,
Ruhdan düşmüş, halsız, zəif görməsin.

Nə zaman duracaq, nə saat heyhat
Hər şey son tapacaq fani dünyada,
Ağlamaq səsi ilə başlayan həyat,
Kiçik bir ah ilə bitər sonunda.

Комментариев нет:

Отправить комментарий