Daha da yaxınıq o son mənzilə.
Hələ də ürəkdə kin daşıyırıq,
Düşmən qazanırıq göz görə-görə.
Bir az daha müdrik olmaq yerinə,
Hələ də mülk üçün çalışırıq biz.
Təbiət qoynunda rahət yerinə,
Pul üçün çalışıb, vurur qəlbimiz.
Durmaq zamanıdır, amma ki heyhat
Sevmək əvəzinə nifrət edirik.
Bitib tükənməzmiş sanki bu həyat,
Göydən gül yerinə, kül əndəririk.
"Bir ayağım burda, biri gordadır"
Deyəndə ayılır yuxudan insan.
Sürünmək yerinə yaşamaq üçün
Çalış ki əvvəldən düz yaşayasan!