Bu əfsanənin də qəhrəmanı biz..
Aşiqlər küsəndə ulduzlar sönür,
Ulduztək göylərdə söndü sevgimiz...
Silldim ürəyimdən qüssəli kini
Soyuqluq gətirdim nifrət yerinə.
Keçdin həyatımdan qasırğa kimi,
Tuş gəldim hissimin kor gülləsinə.
Baxıram dağınıq boş ümidlərə,
Dağ arana köçür, aran da dağa.
Dənizin üzündə döndüm köpüyə
Gah sola üzürəm, gah da ki sağa.
Qurtula bilsəydim kaş bu yaradan,
Qayıda bilsəydim özüm özümə.
Söz verdim unudum onu sabahdan,
Lakin inam yoxdur heç öz sözümə.
İnana bilsəydim özüm özümə...
Aşiqlər küsəndə ulduzlar sönür,
Ulduztək göylərdə söndü sevgimiz...
Silldim ürəyimdən qüssəli kini
Soyuqluq gətirdim nifrət yerinə.
Keçdin həyatımdan qasırğa kimi,
Tuş gəldim hissimin kor gülləsinə.
Baxıram dağınıq boş ümidlərə,
Dağ arana köçür, aran da dağa.
Dənizin üzündə döndüm köpüyə
Gah sola üzürəm, gah da ki sağa.
Qurtula bilsəydim kaş bu yaradan,
Qayıda bilsəydim özüm özümə.
Söz verdim unudum onu sabahdan,
Lakin inam yoxdur heç öz sözümə.
İnana bilsəydim özüm özümə...