воскресенье, 25 ноября 2012 г.

İNANSAQ da, İNANMASAQ da...

Həyat bir filmdir. Ssenarisi Allah tərəfindən yazılan bir film. Bəzi kardlar ağ-qara, bəzi kadrları isə rəngli olan filmin baş rolları əvvəlcədən paylanır. Filmin gedişatında isə epizodik rollar müxtəlif şəxslər arasında paylanılır. Və bəzən epizodik rolu oynayan şəxs öz rolunu o qədər effektli, yaddaqalan oynayır ki, düşünmədən ona baş rolu vermək istəyirsiniz. Amma bu o qədər də asan deyil. Rejissoru özünüz olmayan bir filmin kastinqini necə keçirə bilərsiniz axı?...
Həəə... Bu yerdə depresiyaya uğrayır, taleyin Sİzə necə acımasız oyun oynadığını düşünürsünüz. Lakin məyyus olmağa dəyməz, çünki hər birimizin həyat filminin rejisoru olan böyük Allah ssenarini və filmdə rolları paylaşacağınız şəxsləri mükəmməlcəsinə seçib. Siz, biz, onlar buna inansaq da, inanmasaq da...

Комментариев нет:

Отправить комментарий