Bir cahan sultanı olsam nə fayda,
Sənin gözlərinə həsrət qalmışam.
Üzün canlandıqca ox durmur yayda,
Duran yerdə qəlbi oda salmışam.
Dünya malı deyil, inan gözümdə,
Gül ətrin düşəndə yadıma mənim.
Qəlbim darlıq edir sanki köksümə,
Bəla tək düşübdür canıma sevgin.
Ondan qurtuluş yox bir daha mənə,
Hissin zəhər kimi qanımda gəzir.
Atdığın ox dəyib vuran qəlbimə,
İndi yeni qurban, yeni ov gəzir.
Комментариев нет:
Отправить комментарий