вторник, 13 ноября 2012 г.

SEVGİNİN RƏNGİ

  Bilirsən, bəzən mənə elə gəlir ki həyatda hər şeyin bir rəngi var: dinlədiyimiz musiqinin, sözlərin, havanın, münasibətlərin və hətta keçirdiyimiz hisslərin. Lakin ən mürəkkəb rəng ahənginə bir tək sevgi hissi malikdir. Sevgimiz qarşılıqlı olduğunda dünya bizim üçün günəşin rənginə boyanır. Hər birimizin ürəyinin heç vaxt qızınmadığı guşəsi vardır. Qarşılıqlı sevgi yaşadığımızda günəşin rəngi qəlbimizin ən gizli və qaranlıq güşələrini işıqlandırır, isidir. Sevdiyimiz bizi artıq  sevməyəndə bizi əhatə edən hər bir əşya öz rəngini itirərək boz rəngə boyanır və gəlbimizin hərarəti get-gedə düşdüyündən ürəyimiz buz parçasına dönür. Ən qəribə rəng çaları isə sevə-sevə ayrıldıqda baş verir. Xatirələri fikrimizdə canlandırdıqda qızılı, narıncı rəng çalarları canlanır, bir anda qəlbimiz çırpınmağa cəhd göstərərək üstünün buz bağlamış qatı çat qoyur. Lakin, gözlərimizi açdıqda həqiqətlə üzləşirik və hər yanın hələ də boz rəngdə olduğu reallığı ilə yenidən qarşılaşmalı oluruq. 

Комментариев нет:

Отправить комментарий