Özün də bilmədən gizlicə sevdin .
Özünü unudur insan sevincə,
Niyə ürəyində mənə yer verdin?
Dəyərin bilmədim mən bu zirvənin,
İstehzayla gülüb keçdim yanından.
Kimsə qədrin bilməz sevən ürəyin,
Ta ki, ayrılmasa ruhu canından.Kaş məni unutmaq mümkün olardı,
Yenidən həyata sarılardın sən.
Bəlkə bax o zaman, dünya durardı,
Bir qədr bilməyi öyrənərdim mən.
Комментариев нет:
Отправить комментарий