Bu gün bütün günü səni düşündüm,
Nədənsə son günlər hey mənimləsən.
Xəyallara dalıb bir köks ötürdüm,
Acı versən belə mənə əzizsən.
Özüm sual verdim sənin yerinə,
Özüm öz yerimə cavablandırdım.
Xəyallarda belə dəydin xətrimə,
Mən yenə özümü günahlandırdım.
Bu gün bütün günü səni düşündüm,
Nə yaxşı ki yoxsan yanımda mənim.
Qoy elə ümidli xəyallarımda yaşasın
Yaşansın biçarə sevgim.
http://www.youtube.com/watch?v=VoE04a1RHwk&feature=related
Комментариев нет:
Отправить комментарий