пятница, 7 декабря 2012 г.

Nəyimə gərəkdir bu sevgi mənim...

Nəyimə gərəkdir bu sevgi mənim,
Qış günəşi kimi isitməyirsə,
Gözümün yaşını silməyir mənim
Dərdli anlarımda mənlə deyilsə.

Nəyimə gərəkdir bu sevgi mənim,
Başqasıyla könül əyləndirirsə,
"Mən səni sevirəm, yalnızca səni"
Deyib gözlərini yana çəkirsə.

Nəyimə gərəkdir bu sevgi mənim?
Əsl sevgi nədir, anlamam üçün.
Nəyimə gərəkdir bu sevgi mənim?
Həqiqi sevənə dəyər verməmçün.


Комментариев нет:

Отправить комментарий