среда, 19 декабря 2012 г.

Dünyanın sonuna bir gün qalsa da

Dünyanın sonuna bir gün qalsa da,
Düşünəcəm səni mən həzin-həzin.
Əzrayıl qapımı gəlib çalsa da,
Xəyalımda eşqdir, əlimdə əlin.

Dünyanın sonuna bir gün qalsa da,
Mən səni anmadan dura bilmirəm.
Hamı mənə görə dərdə düşsə də,
Mən yalnızca səni, səni sevirəm.

Dünyanın sonuna bir gün qalsa da,
Səninlə ölməyi xəyal edəcəm.
Kainat soyuqdan donub qalsa da,
Yar, sənin sevginlə mən isinəcəm.

Комментариев нет:

Отправить комментарий