Niyə, görəsən niyə, sən məni anmaz oldun?
Yoxsamı şeirlərim toxundu saf qəlbinə?
Yoxsa sən bu sevginin həsrətindən yoruldun,
Bəlkə də itirmisən inamını sevgiyə,
Unudursan sən məni, çox heyif, bilə-bilə.

Mən ki hələ də səni anıram hər nəfəsdə.
Sən mənim həm ruhuma, həm vücuduma hopdun.
Hər gün gözüm yoldadı, qulağım qəfil səsdə...
Sənsiz qəlbim çırpınır quştək bağlı qəfəsdə...

Комментариев нет:
Отправить комментарий