Sənin ismini unutmam üçün,
Hafizəmdən hər şey silinsin gərək.
Mən necə unudum, sevgilim, səni
Bununçün başqasın mən sevim gərək.
Axı mümkün deyil bu yazdıqlarım,
Səni unutmağa iradəm yoxdur.
Bağışlasın məni qınadıqlarım,
Qarşılarında günahım çoxdur.
Mən nə bilərdim ki, sevə bilərəm
Unudacaq qədər öz mənliyimi.
Tanrım yardım etsə silə bilərəm,
Yenidən yazaram öz hafizəmi.
Hafizəmdən hər şey silinsin gərək.
Mən necə unudum, sevgilim, səni
Bununçün başqasın mən sevim gərək.
Axı mümkün deyil bu yazdıqlarım,
Səni unutmağa iradəm yoxdur.
Bağışlasın məni qınadıqlarım,
Qarşılarında günahım çoxdur.
Mən nə bilərdim ki, sevə bilərəm
Unudacaq qədər öz mənliyimi.
Tanrım yardım etsə silə bilərəm,
Yenidən yazaram öz hafizəmi.
Комментариев нет:
Отправить комментарий