понедельник, 10 декабря 2012 г.

SON GÖRÜŞ

Bu gecə baş-başa qaldıq səninlə,
Bir həzin musiqi, düzülmüş şamlar.
Mən gülümsədikçə bir təhər sənə
Gördüm ki qəmlisən, çatılmış qaşlar.

İki şərab süzdüm sənlə özümə,
Heç nə yoxmuş kimi eyvana çıxdım.
Bax mən həmin gecə, məhz həmin gecə
Sevgi dolu qəlbin evini yıxdım.

Sən də bilirdin ki, bu son görüşdür.
Bir daha qovuşmaz ayrılan yollar.
Yandırdığım şamlar artıq sönmüşdür,
Həzin musiqi isə qəlblərdə çalar.

Комментариев нет:

Отправить комментарий